11 Sentyabr 2026, Cümə
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da
“Zirə”də mərakeşli müdafiəçi
Dadaşov Ukrayna klubunda

Digər idman növləri

Azərbaycanın beş sərbəst güləşçisi Avropa çempionatının yarımfinalında

Azərbaycanın 5 sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Turan Bayramov (74 kq), Ali Tsokayev (92 kq), Arseni Djioyev (86 kq), Giorgi Meşvildişvili (125 kq) və Nürəddin Novruzov (61 kq) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Turan Bayramov 1/8 finalda UWW-ni təmsil edən neytral atlet Fərhad Nurixorjestanı 3:2 hesabı ilə məğlub edib. O, 1/4 finalda belaruslu Nikita Mayevskiyə (UWW) 8:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. O, Gürcüstan təmsilçisi Giorgi Elbakidze ilə qarşılaşacaq.

Ali Tsokayev 1/8 finalda belaruslu Yaraslav Yadkovskiyə (UWW) tam üstünlüklə (10:0) qalib gəlib. Güləşçi 1/4 finalda gürcüstanlı dünya və Avropa mükafatçısı Miriani Maysuradzeyə 5:0 hesabıyla qalib gələrək növbəti mərhələyə adını yazdırıb. O, finala gedən yolda isveçrəli Samuel Şerrerlə münasibətlərə aydınlıq gətirəcək.

Arseniy Djioyev 1/8 finalda Denis Bikova tam üstünlüklə (10:0) qalib gəlib. İdmançı növbəti mərhələdə moldovalı Yevgeni Mihaelkana tam üstünlüklə (11:0) qalib gələrək yarımfinalda iştirak hüququ qazanıb. Təmsilçimiz latviyalı İvars Samusonokla final uğrunda mübarizə aparacaq.

Nürəddin Novruzov isə 1/4 finalda moldovalı Leomid Kolesniki tam üstünlüklə (17:6) məğlub edib. İdmançı yarımfinalda albaniyalı Zəlimxan Abakarovla üz-üzə gələcək.

Giorgi Meşvildişvili ermənistanlı Xaçatur Xaçatryana sonuncu xal prinsipinə əsasən (5:5) qalib gələrək yarımfinala vəsiqə qazanıb. İdmançı yarımfinalda türkiyəli Hakan Büyükçınqılla qarşılaşacaq.

Bundan əlavə, Rəşid Babazadə (65 kq) və Cəbrayıl Hacıyev (79) bürünc medal görüşünə çıxacaqlar.

İslam Bazarqanov (57 kq) isə qızıl medal uğrunda mübarizə aparacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30