11 Sentyabr 2026, Cümə
V turun hakim təyinatları açıqlandı
Yankoviç “Turan Tovuz”da
“Zirə”də mərakeşli müdafiəçi
Dadaşov Ukrayna klubunda

Digər idman növləri

4 boksçumuz Dünya Kubokunda yarımfinala yüksəlib

Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda Azərbaycanın 4 boksçusu yarımfinala vəsiqə əldə edib.

Futbolxeber.az saytının Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, 50 kq-da Sübhan Mamedov Rudolf Qarboyan (Ermənistan) üzərində qələbə qazanıb. Rəqib zədələndiyindən döyüşü davam etdirə bilməyib. Mamedov növbəti görüşündə Anvarjan Xodjiyevlə (Qırğızıstan) üz-üzə gələcək.

Nəbi İsgəndərov (70 kq) ardıcıl üçüncü qələbəsini qazanıb. O, 1/4 finalda Farux Toxtassunovu (Qazaxıstan) da mübarizədən kənarlaşdırıb – 3:2 (29:28, 30:27, 29:28, 27:30, 28:29). İsgəndərov yarımfinala Kaian Reisi (Braziliya) sınağa çəkəcək.

Səidcəmşid Cəfərov (75 kq) Sanjar-Ali Beqaliyevə (Qazaxıstan) qalib gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, finala gedən yolda Qabriel Quidi Rontani (İtaliya) ilə döyüşəcək.

Məhəmməd Abdullayev (+90 kq) də növbəti qələbəsini qazanıb. 1/4 finalda hər 3 raundu aktivinə yazan milli üzvü Luka Pratljaçiçə (Xorvatiya) heç bir şans verməyib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, üçüncü qarşılaşmasında Omar Şina (Norveç) ilə döyüşəcək.

Yarımfinala yüksələn 4 boksçumuzun hər biri özü üçün azı bürünc medalı təmin edib.

Qeyd edək ki, Dünya kubokuna aprelin 26-da yekun vurulacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30