24 Sentyabr 2026, Cümə axşamı
Millimiz Tacikistana qalib gəldi
“Kasıblar”ın lideri – “Şamaxı”
“Qarabağ”dan fanşopla bağlı yenilik
"Neftçi"dən yubiley qələbəsi

Digər idman növləri

MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı

Azərbaycan Milli Olimpiya Komitəsində təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.

Futbolxeber.az saytının məlumatına görə, Milli Olimpiya Komitəsinin yaydığı məlumata əsasən, komissiyanın sədri Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev təyin edilib.

Komissiyanın tərkibində Təhminə Tağızadə - Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru, Xəzər İsayev - Ədalətli Oyunlar Komissiyasının sədri, Fəridə Əzizova - Atletlər Komissiyasının sədri və Elgün Səfərov - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri yer alıblar.

Qeyd olunur ki, bu yeni təşəbbüs idmançıların rifahının qorunmasına, uşaqların və gənclərin təhlükəsiz mühitdə inkişafına, eləcə də idman dəyərlərinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30