15 Sentyabr 2026, Çərşənbə axşamı
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi

Digər idman növləri

Cəbrayıl Hacıyev bürünc medal qazandı

Albaniyanın paytaxtı Tiranada “Muhamet Malo” turniri davam edir.

Futbolxeber.az saytının məlumatına görə, reytinq turnirinin ikinci günündə sərbəst güləş üzrə Azərbayca millisinin 3 üzvü mübarizə aparıb və onların 1-i fəxri kürsüyə qalxıb.

Cəbrayıl Hacıyev (79 kq) 1/4 finalda iranlı Mohammad Aşğar Noxodilarimiyə 2:7 hesabıyla məğlub olsa da, təsəlliverici görüşdə gürcüstanlı Tariel Qafrindaşvilini “tuş”la, bürünc medal uğrunda görüşdə isə hindistanlı Saqar Caqlana 10:4 hesabıyla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Maqomedxan Maqomedov (97 kq) türkiyəli Rıfat Eren Qıdak (6:4) və amerikalı Conatan Leonard Aiellonu (13:2) mübarizədən kənarlaşdırsa da, yarımfinalda rusiyalı Muxamed-Taxir Xaniyevlə (0:10) bacarmayıb. Bu görüşdə zədələnən Maqomedov bürünc medal uğrunda görüşə çıxmayıb.

Giorgi Meşvildişvili (125 kq) türkmənistanlı Ziyamuhammet Saparova tam üstünlüklə (12:2) qalib gəlsə də, 1/4 finalda amerikalı Vayt Eviri Hendriksona 4:15 hesabıyla uduzub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30