31 Oktyabr 2026, Şənbə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Bakıda məşqçi kursları keçiriləcək

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən Bakıda I və II dərəcəli məşqçi kursları təşkil olunacaq.

Futbolxeber.az saytının məlumatına görə, nəzəri və praktiki hissələrdən ibarət olacaq təlimləri FIVB-nin məşqçi-müəllimi, professor Cengiz Akarçeşme keçəcək.

İmtahandan uğurla keçən iştirakçılara müvafiq dərəcələr üzrə sertifikatlar təqdim olunacaq. 1-ci dərəcəli sertifikat alanlar yerli çempionatlarda rəsmi məşqçi kimi fəaliyyət göstərmək, hər iki mərhələni bitirənlər isə FIVB-nin "Level-1" seminarına qatılmaq hüququ qazanacaqlar.

Qeyd edək ki, 30 mart - 4 aprel tarixlərində 1-ci dərəcə, aprelin 6-10-u aralığında isə 2-ci dərəcə üzrə kurslar baş tutacaq. Ötən il Qəbələ, Sumqayıt və Bakıda analoji təlimlər keçirən AVF gələcəkdə ölkə ərazisində FIVB-nin "Level-1" və "Level-2" kurslarını da təşkil etməyi planlaşdırır.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31