31 Oktyabr 2026, Şənbə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Bakıda cüdo seminarı

Beynəlxalq Cüdo Federasiyası Akademiyasının idman direktoru Daniel Laskaunun təqdimatında Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvləri üçün seminar təşkil olunub.

Futbolxeber.az saytının ACF-yə istinadən verdiyi məlumata görə, məşğələnin əsas məqsədi hakimlərin nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması, beynəlxalq qaydalardakı son yeniliklərin izahı və yarışların idarə olunmasında vahid yanaşmanın təmin edilməsi olub.

Tədbir çərçivəsində qiymətləndirmə meyarları, video-təkrar (VAR) sisteminin tətbiqi və mübahisəli epizodların düzgün şərhi ətrafında geniş müzakirələr aparılıb.

Daniel Laskau çıxışında beynəlxalq turnirlərdə hakimliyin keyfiyyətinin artırılmasının vacibliyini vurğulayaraq bildirib ki, milli federasiyalarda təşkil olunan bu cür maarifləndirici seminarlar hakimlərin peşəkar inkişafında mühüm rol oynayır. O, interaktiv təqdimatlar və praktiki nümunələr vasitəsilə iştirakçıların suallarını cavablandırıb, real yarış situasiyaları üzərində təhlillər aparıb.

Seminarda respublika dərəcəli və beynəlxalq kateqoriyalı hakimlər iştirak ediblər. Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31