4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

Ümumdünya Universitet Oyunlarında iştirak edəcək cüdoçularımzı müəyyənləşib

İyulun 23-26-sı aralığında Almaniyanın Reyn-Rur bölgəsinin Essen şəhərində keçiriləcək Ümumdünya Universitet Oyunlarında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, Universiadada Azərbaycanı 13 çəki dərəcəsində 13 cüdoçu (7 kişi, 6 qadın) təmsil edəcək. Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Bunlar Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (70 kq), Nərmin Əmirli (78 kq), Nigar Süleymanova (+78 kq), Babarəhim Mirzəyev (60 kq), Nazir Talıbov (66 kq), Nəriman Mirzəyev (73 kq), Mehdi Abbasov (81 kq), Elcan Hacıyev (90 kq), Davud Namazlı (100 kq), və Ramazan Əhmədovdur (+100 kq).

Cüdoçulara kişilərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Qeyd edək ki, Universiadanın cüdo yarışlarında 60 ölkədən 392 idmançı (214 kişi, 178 qadın) qüvvəsini sınayacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30