4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Digər idman növləri

7 şahmatçımızın "Grand Swiss" turnirində iştirakı təsdiqlənib

Azərbaycanın 7 şahmatçısının Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək "Grand Swiss" turnirində iştirakı təsdiqlənib.

Futbolxeber.az saytının məlumatına görə, beynəlxalq yarışda Şəhriyar Məmmədyarov, Məhəmməd Muradlı, Rauf Məmmədov, Aydın Süleymanlı, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva mübarizə aparacaq.

İsveçrə sistemi ilə keçiriləcək və 11 turdan ibarət olacaq "Grand Swiss"də 172 şahmatçı yer alacaq. Onlardan 116 nəfəri açıq, 56 oyunçu isə qadınlar arasında keçiriləcək turnirdə iştirak edəcək. Açıq turnirin mükafat fondu 625 min ABŞ dolları təşkil edir. Qadınların yarışında isə bu rəqəm 230 min dollardır.

Açıq turnirdə Şəhriyar Məmmədyarov, Məhəmməd Muradlı, Rauf Məmmədov, Aydın Süleymanlı mübarizə aparacaq. Qadınların yarışında isə Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva yer alacaq.

Hər iki yarışda ilk iki yeri tutan şahmatçılar 2026-cı ildə təşkil olunacaq İddiaçılar Turnirinə vəsiqə qazanacaq.

Qeyd edək ki, "Grand Swiss" sentyabrın 3-dən 16-dək təşkil olunacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30