Digər idman növləri
Həsrət Cəfərov: “III MDB Oyunlarının Azərbaycanda keçirilməsi çox böyük hadisədir”
Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, üçqat Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı olan Həsrət Cəfərov (67 kq) III MDB Oyunlarının Azərbaycanda keçirilməsini böyük hadisə adlandırıb.
Futbolxeber.az saytının məlumatına görə, yunan-Roma güləşçisi bunu Bakı Şəhər Halqasının mətbuat xidmətinə açıqlamasında bildirib.
2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının çempionu olmuş və açılış mərasimində Azərbaycan bayrağını daşımış pəhləvan bu şansın dəyərləndirməsinin vacibliyini vurğulayıb: “Bu, çox böyük hadisədir. III MDB Oyunları Azərbaycanın gənc istedadları üçün böyük fürsətdir. Məncə, bizim idmançılar bu şansı dəyərləndirməlidirlər. Onlara böyük bir şərəf nəsib olub, ölkəmizi nüfuzlu beynəlxalq turnirdə, özü də doğma vətəndə təmsil edəcəklər”.
O, Azərbaycan güləşçilərinin potensialını dəyərləndirib: “Gənclərimiz güclüdür. Onların məşqlərini izləyirəm və inanıram ki, yaxşı nəticələr göstərəcəklər. Azarkeşlərin dəstəyi böyük motivasiyadır. Oyunlara maksimum məsuliyyətlə yanaşsınlar. Hər bir yarış böyük məsuliyyətdir. Biz Azərbaycanı təmsil edirik və Oyunlara çox az vaxt qalıb. Hazır olmaq lazımdır – həm fiziki, həm də mənəvi cəhətdən. III MDB Oyunlarında iştirak edəcək bütün azərbaycanlı idmançılara uğurlar arzulayıram. Bu, ölkəmiz üçün çox önəmli hadisədir. Əminəm ki, Oyunlar ən yüksək səviyyədə keçiriləcək”.
İdmançı I MDB Oyunlarını xatırlayıb: “Mən çempion oldum və açılış mərasimində bayraqdar idim. Bu, həm böyük məsuliyyət, həm də şərəf idi. İstəyirdim ki, mərasimə qızıl medalla çıxım və bu, mümkün oldu. Çünki güləş yarışlarının ilk günü açılış mərasimdən öncə idi. Açılışda çempion kimi bayrağı daşımaq istəyirdim. Rəqabət çox yüksək idi, amma öhdəsindən gəldim. Çox medal qazandım, Parisdə ilimpiadanın bürüncünü aldım, üç dəfə Avropa çempionu oldum. Amma ən əsası insan olaraq dəyişmədim. Ən böyük uğurum olimpiya medalı olsa da, dayanmıram”.
H.Cəfərov növbəti hədəflərindən söz açıb: “Dünya çempionu olmaq, daha sonra 2028-ci ildə Los Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq istəyirəm. Məni idmanda nəticələr və güləşə olan sevgim motivasiya edir. Bu, sadəcə, bir iş deyil, həyat tərzimdir. Milyonlar sənin uğurlarını izləyirsə, dayanmağa haqqın yoxdur”.
Yunan-Roma güləşçisi idmana yeni başlayanlara məsləhətlərini də verib: “İlk uğurlardan sonra arxayınlaşmaq olmaz. İdman daim əziyyət, zəhmət tələb edir. Öz üzərində işləmirsənsə, nəticə də olmayacaq. Xüsusilə böyüklər kateqoriyasına keçiddə bu daha da çətindir. Daim üzərlərində işləsinlər”.
Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın 7 şəhərində keçiriləcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























