12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Digər idman növləri

Azərbaycan taekvonduçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb

Azərbaycan taekvonduçalırnın 2024-cü il ərzində beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb.
 
Futbolxeber.az saytına Taekvondo Federasiyasından verilən məlumata görə, idmançılar yarışlarda 27-si qızıl, 25-i gümüş və 52-si bürünc olmaqla, ümumilikdə 104 medal qazanıblar.
 
Ötən il parataekvondo üzrə keçirilən mötəbər yarışlarda isə taekvondoçular 4-ü qızıl, 3-ü gümüş, 4-ü bürünc medal olmaqla, ümumilikdə 11 medala sahib çıxıblar.
 
İlin ən böyük uğurlarından biri Qaşim Maqomedovun (58 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal olub. Parataekvondo üzrə təmsilçilərimiz İmaməddin Xəlilov (70 kq, K44) və Sabir Zeynalov (58 kq, K44) ölkəmizə Paralimpiya Oyunlarının bu növ üzrə ilk medallarını qazandırıblar.
 
Avropa və dünya çempionu, Tokio-2020 Yay Paralimpiya Oyunlarının iştirakçısı İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarında tarixi uğur əldə edərək, parataekvondo üzrə ilk qızıl medala sahib çıxıb. Sabir Zeynalov (58 kq) isə Paris-2024-də fəxri kürsünün üçüncü pilləsində yer alıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31