4 May 2026, Bazar ertəsi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi
"Sumqayıt"dan hakimlərə etiraz

Digər idman növləri

Azərbaycanın olimpiya mükafatçısı ili reytinqdə ikinci pillədə başa vurub

Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal əldə edən Azərbaycan taekvondoçusu Qaşım Maqomedov dünya reytinqində 2024-cü ili ikinci pillədə başa vurub.
 
Futbolxeber.az-ın məlumatına görə, bu, Dünya Taekvondosunun (World Taekwondo) saytında dekabr ayı üçün açıqladığı reytinqdə əksini tapıb.
 
58 kq çəki dərəcəsində yer alan idmançının mövqeyində dəyişiklik olmayıb. O, 120 xalla ikinci sırada yer alıb.
 
Q.Maqomedovun Paris-2024-ün finalında məğlub olduğu Cənubi Koreya təmsilçisi Park Taejoon (200 xal) ilk sıradadır.
 
Qeyd edək ki, Qaşım Maqomedov qızıl medal uğrunda görüşdə zədələndiyi üçün döyüş vaxtından əvvəl başa çatmışdı.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31