30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Digər idman növləri

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib.
 
Futolxeber.az saytının məlumatına görə, gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə bu vəzifə Elşən Məmmədova həvalə olunub.
 
E.Məmmədov yeni təyinatadək Qusar Olimpiya İdman Kompleksinə iki il rəhbərlik edib.
 
Daha əvvəl isə o, 23 ilədək idman jurnalisti kimi "Şərq" və "Futbol+" qəzetləri, APA Sport, Lent.az və "Report" agentliklərində müxbir və redaktor kimi çalışıb. 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına, 2016-cı ildə isə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin idman jurnalisti" adına layiq görülüb.
 
E.Məmmədov eyni zamanda İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 10 dəfə "İlin Qalibləri" layihəsini, həmçinin minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31