12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Digər idman növləri

Azərbaycanın 9 boksçusu Gimnaziadada finala yüksəlib

Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında boks yarışları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, multi-idman yarışında Azərbaycan millisinin oğlan boksçuları artıq yarımfinal görüşlərini başa vurublar.

Məktəblilər arasında təşkil olunan Gimnaziadada yığmamızın 9 idmançısı finala vəsiqə qazanıb. Komandamızın heyətində Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq), Nihat Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Valeh Eyvazlı (66 kq) və Rza Rzayev (70 kq) həlledici görüşdə qızıl medal uğrunda döyüşəcək.

Digər boksçularımızdan Adil Zalovla (75 kq) Səfdər Məmmədzadə (+80 kq) isə yarışı bürünc medalla başa vurublar.

Qeyd edək ki, Gimnaziadada oğlan boksçular arasında finallar sabah olacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31