12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Digər idman növləri

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə 9 medal qazandı

Azərbaycan stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council’s Youth Cup” beynəlxalq turnirini 9 medalla başa vurublar.

 
Futbolxeber.az saytının məlumatına görə, yarışın son günlərində komanda 7 medal qazanıb.
 
Şəbnəm Mansurova U-15 yaş kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin yaş qrupunda qüvvəsini sınayan Onur Quluzadə ikinci, Yağmur Məmmədli isə üçuncü yeri tutub.
 
U-19 yaş kateqoriyasında da gücünü sınayan Onur Quluzadə, Tunar Bağırov, Şəbnəm Mansurova və Yağmur Məmmədli üçüncü olublar.
 
Qeyd edək ki, yarışın ilk günündə O.Quluzadə ilə Y.Məmmədli U-13 yaş qrupunda baş mükafata yiyələnib. Beləliklə, stolüstü tennisçilər Riqa sınaqlarını 3 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurublar.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31