12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Digər idman növləri

Yeniyetmə karateçilərimiz beynəlxalq turnirdə medallar qazandı

26-27 oktyabr 2024-cü il tarixlərində Rusiyanın Oryol şəhərində karate üzrə"Karat cup" beynəlxalq turnir keçirilmişdir.

Futbolxeber.az saytının məlumatına görə, beynəlxalq turnirdə ölkəmizi Azərbaycan Karate Federasiyasının "Jaguar İdman Klubu"nun yeniyetmə karateçiləri təmsil etmişdir.  
 
"Jaguar İdman Klubu"nun sədri və baş məşqçisi Rüstəm Əkbərovun rəhbərliyi altında çıxış edən karateçilərimizdən Şamo Kamilov +70 kq çəki dərəcəsində gümüş medala, Murad Dinç -70 kq, Bəhman Orucov -57 kq və Sultan Səlimov -52 kq çəki dərəcəsində şəxsi kumite yarışlarında bürünc medallara layiq görülmüşlər.
 
Komanda kumite yarışlarında Şamo Kamilov, Murad Dinç, Bəhman Orucov və Sultan Səlimov bütün rəqiblərini qabaqlayaraq qızıl medallara sahib olmuşdur.
 
Qeyd edək ki, beynəlxalq turnirdə 5 ölkədən (Rusiya, Azərbaycan, Belarusiya, Qazaxstan və Ermənistan) 500-ə yaxın karateçi mübarizə aparıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31