4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Digər idman növləri

Azərbaycan millisində yeni baş məşqçi

Kişi boksçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.

Futbolxeber.az saytının məlumatına görə, yığma ötən ildən Azərbaycan Boks Federasiyasında texniki direktor kimi çalışan özbəkistanlı Ravşan Xocayevə tapşırılıb.

44 yaşlı yeni baş məşqçi Özbəkistanın boks üzrə idman ustasıdır. O, məşqçilik fəaliyyətinə 1998-ci ildə başlayıb. Karyerası ərzində Özbəkistan, Asiya, dünya və Olimpiya çempionları yetişdirib.

2016-23-cü illərdə Özbəkistan Boks Federasiyasının Məşqçilər Şurasında çalışıb. İBA-nın 3 ulduz kateqoriyalı məşqçisi olan Xocayev, həmçinin Özbəkistan Respublikasının əməkdar məşqçisidir. “Dostluq Ordeni” ilə təltif olunub. 2016-cı ildə beynəlxalq premiyanın laureatı olub. Nəzəriyyə, metodika və idman üzrə professor elmi dərəcəsinə malikdir.

Qeyd edək ki, Xocayev bu postda müqaviləsi başa çatan kubalı Pedro Rokeni əvəzləyib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31