4 Iyul 2026, Şənbə
DÇ-2026: 1/8 finalın bütün cütləri
"Sumqayıt"da braziliyalı qapıçı
“Qarabağ”dan bu yayın 7-ci transferi
DÇ-2026: 1/8 finalın 6 cürü məlumdur

Digər idman növləri

İki boksçumuz Avropa çempionatına qələbə ilə başladı

Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, 35 ölkədən 327 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü qələbə qazanıb.

Ruslan Qədirov (60 kq) 1/16 final çərçivəsində Georgios Georgantsasla (Yunanıstan) üz-üzə gəlib. Hər 3 raundda üstün olan boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə məğlub edib. O, 1/8 finalda Stefan Samoviçlə (Serbiya) döyüşəcək.

Qədirovun uğurunu İlqar Salahov da davam etdirib. 67 kq-da mübarizə aparan milli üzvü xorvatiyalı Qoran Mioçiçə 5:0 (29:28, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Salahov 1/8 finalda Safi Abo Şabanla (İsrail) münasibətinə aydınlıq gətirəcək.

Hər 2 boksçumuz ikinci qarşılaşmasına oktyabrın 13-də çıxacaq.

Qeyd edək ki, yığmamız çempionata 13 boksçu ilə yollanıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31