Digər idman növləri
Fərid Qayıbov: “İmarət” stadionunun istifadəyə verilməsi bölgədə beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait yaradacaq"
"Dövlətimizin başçısı cənab İlham Əliyev sentyabrda Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoydu. Stadionun istifadəyə verilməsi bölgədə idmanın inkişafı, eləcə də yerli və beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait yaradacaq".
Futbolxeber.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov sentyabr ayında həm gənclər, həm də idman sahəsindəki baş verən yeniliklər barədə danışarkən deyib.
O, ötən ayın infrastrukturun inkişafı baxımından xüsusilə qürurverici olmasını bildirib: "Yayla payızın qovuşduğu sentyabr həm gənclər sahəsində, həm də idmanda nailiyyət və yeniliklərlə zəngin oldu. Ötən ay infrastrukturun inkişafı baxımından xüsusilə qürurverici oldu. Bildiyiniz kimi, işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə “Böyük qayıdışın” təmin edilməsi yolunda dövlətimizin həyata keçirdiyi layihələr arasında əhalinin sağlamlığı da prioritetliyini qoruyur. Dövlətimizin başçısı cənab İlham Əliyev Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoydu. Stadionun istifadəyə verilməsi bölgədə idmanın inkişafı, eləcə də yerli və beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait yaradacaq".
Nazir Paris 2024 Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançılarının çıxışları barədə də danışıb: "Olimpiyaçılarımızın Paris zəfərini uğurla davam etdirən paralimpiyaçılarımız Fransanın paytaxtından effektiv nəticə ilə döndülər. 7 idman növü üzrə 18 idmançımız dördü qızıl olmaqla, 11 medal qazanaraq 168 ölkə arasında 28-ci, Avropa ölkələri arasında 13-cü oldu. Fikrimcə, paralimpiyaçılarımızın qazandıqları uğurlar əlilliyi olan şəxslərin idmana cəlb olunması prosesinə də böyük təkan verəcək".
F.Qayıbov Portuqaliyada keçirilən dünya çempionatında 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan Azərbaycanın akrobatika gimnastlarının uğurlarına da toxunub: "Tarixi qələbə qazananlar sırasında bu dəfə akrobatika gimnastlarımız da yer aldılar. Portuqaliyada keçirilən dünya çempionatında akrobatlarımız 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmaqla ümumi medal sıralamasında 3-cü oldular. Akrobatika gimnastikası tarixində ilk dəfə olaraq qarışıq cütlüyümüz balans və qarışıq hərəkətlərdə qızıl, komanda hesabında gümüş medal qazandı. Kişi qrupumuzun temp hərəkətlərində bürünc medalı da tarixin ilklərindən oldu. Daha bir ilk isə İtaliyada keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında qarışıq cütlüyümüzün gümüş medalı oldu. İdmançılarımızı uğurları münasibətilə təbrik edirəm".
O, Bakıda keçirilən "Formula 1" Qran-Prisinin yüksək səviyyədə təşkil olunduğunu söyləyib: "Sentyabrda da ölkəmiz bir sıra mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdi. Formula 1 Qran-Prisi artıq 8-ci dəfə Azərbaycanda yüksək səviyyədə təşkil edildi. Formula 1-də azarkeş sayı ilbəil artmaqdadır. Bu il də bütün biletlərin satılması yeni bir rekord kimi Formula 1 Azərbaycan tarixinə yazıldı. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turniri, padel tennisi üzrə "Sea Breeze Cup IV" beynəlxalq turniri, yelkən üzrə "SFA Federasiya Kuboku 2024", Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialı və digər yarışların keçirilməsi sağlam həyat tərzinin inkişafı, ölkəmizin müasirləşməsi, idman növlərinin inkişaf etməsi baxımından faydalıdır".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
11.11.2026
10.11.2026
09.11.2026
























