31 Oktyabr 2026, Şənbə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub

Mayın 8-da Serbiyanın paytaxtı Belqradda start götürəcək Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub.
 
Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Məmməd Abdullayev və Elnur Amanov 4 gün davam edəcək yarışda Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Riyad Şirəliyev (63 kq), Yaşar Məmmədli (68 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq), Taleh Süleymanov (87 kq) və Hamidreza Badrialiabadiyə (+87 kq) şans verəcək.
 
Qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkla böyük məşqçi Seul Bi Li isə çempionatda Zemfira Həsənzadə (46 kq), Məryəm Məmmədova (49 kq), Nigar Abdullayeva (53 kq) və Leyla Bəşirovanı (57 kq) sınayacaq.
 
Yarışda beynəlxalq dərəcəli hakimimiz Aygül Abdullayeva referilər sırasında yer alacaq.
 
Bu gün səfərə yollanan komandaya rəhbərliyi isə Azərbaycan Taekvondo Federasiyasının Nəzarət-Təftiş komitəsinin sədri Anar Surxayzadə edəcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31