5 Avqust 2026, Çərşənbə
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Digər idman növləri

Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Göygöldə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokunun ilk günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 7 bürünc medal əldə ediblər.
 
Futbolxeber.az saytının məlumatına görə, qızların yarışında 40 kq, 44 kq, 48 kq və 52 kq çəki dərəcəsində oğlanlarda isə 50 kq, 55 kq, 60 kq və -66 kq çəki dərəcələrində medalçılar bəlli olub.
 
Oğlanlar arasında 50 kq-da Məhəmmədəli Hüsiyev və 55 kq-da Nihad Məmişov qızıl medala sahib çıxıblar.
 
60 kq-da Fərid Qarayev gümüş, Özqan Quliyev bürünc medal əldə edib.
 
66 kq-da Ramil Mahmudov və Səlim Sultanov bürünc medala yiyələniblər.
 
Qızlar arasında 40 kq-da Xədicə Abdullayeva, 44 kq-da Leyla Ələkbərova, 52 kq-da Aysun Məmmədova və Səmayə Yusifli bürünc medal qazanıblar.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31