26 Avqust 2026, Çərşənbə
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Azərbaycan millisi Dünya Kubokunda 10-cu yeri tutub

Azərbaycanın qadınlardan ibarət sablya millisi Belçikanın Sent-Niklas şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında 10-cu yeri tutub.
 
Futbolxeber.az saytının məlumatına görə, Anna Başta, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət kollektiv əvvəlcə ən güclü “8-liy”ə düşmək uğrunda görüşdə Yaponiyaya 26:45 hesabı ilə məğlub olub.
 
Qılıncoynadanlarımız 9-16-cı yerlər uğrunda qarşılaşmalarda Meksika (45:32) və Yunanıstan (45:34) komandalarına qalib gəlsələr də, 9-cu yer uğrunda matçda Bolqarıstana 44:45 hesabı ilə uduzublar.
 
Şəxsi yarışda Anna Başta “64-lüy”ə yüksələ bilməyib. Palina Kaspiaroviç isə əsas mərhələyə kimi irəliləsə də, növbəti görüşdə mübarizəni dayandırıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31