9 Noyabr 2025, Bazar günü
Millimiz mübarizəni dayandırdı
Elmar Baxşıyevdən qələbə şərhi
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi

Digər idman növləri

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Mingəçevirdə təmizlik aksiyası həyata keçirib

Azərbaycan Kaneo və Avarçəkmə Federasiyası Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təmizlik aksiyası təşkil edib.
 
Futbolxeber.az saytına federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 15-də Azərbaycanda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a dəstək xarakterli aksiya keçirilib.
 
Azərbaycan Kanoe və Avarəkmə Federasiyasının idmançı-məşqçi heyəti, federasiya nümayəndələri, həmçinin Gənclər və İdman Nazirliyi, Mingəçevir şəhər İcra Hakimiyyəti, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin nümayəndələri sözügedən təmizlik aksiyasında iştirak ediblər.
 
Tədbirin keçirilməsində əsas məqsəd ətraf mühitin, yaşıllığın, su ehtiyatlarının qorunmasında iştirak, bu yolla həm də cəmiyyəti ekologiyanı qorunmağa dəvət etməkdir.
 
Aksiya zamanı həm “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin ətrafı, həm də Kür çayında iməcilik keçirilib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30