21 May 2026, Cümə axşamı
“Qarabağ”ın çəkisi çox ağırdır”
FİFA referiləri I Liqa oyunlarında
"Xankəndi" çempionluğunu rəsmiləşdirdi
Muaddibi rəsmən “Qarabağ”da

Digər idman növləri

Cüdo üzrə milli komandalar üçün imtahan

Cüdo üzrə milli komandalar üçün təlim-məşq mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

Futbolxeber.az saytına Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən verilən məlumata görə, 250-dən çox idmançı müvafiq yaş uyğunluğuna əsasən imtahan verib.

Cüdoçulara müvafiq kəmər və sertifikat təqdim edilib.

ACF-nin idman direktoru Kamran Talıbov sayca 4-cü belə tədbirin keçirildiyini bildirib: "Bundan əvvəl Bakı, Gəncə və Sabirabad şəhərlərində kəmər dərəcələri üzrə imtahanlar təşkil olunub. Bundan sonra da il ərzində müxtəlif rayon və şəhərlərdə keçirilməsi planlaşdırılır. Bu gün ümumilikdə 250-dən çox idmançı müxtəlif kəmər dərəcələri üzrə imtahan verib. Əsas məqsəd uşaqların ilkin biliklərini, texniki bacarıqlarını yoxlamaq və fənd bazalarını genişləndirməkdir. Bu fəndlər, gələcək yarış və turnirlərdə onlara çox kömək edəcək.”

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31