23 Yanvar 2026, Cümə
“Neftçi”dən azarkeşlərinə müjdə
Millimiz Danimarkaya uduzdu
Qurbanovun 500-cü qələbəsi
17-ci turun hakim təyinatları

Digər idman növləri

Millimizin seçmə mərhələ oyunlarına təyinatlar açıqlanıb

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Litvaya qarşı keçirəcəyi oyunlara təyinatları açıqlanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, fevralın 28-də V qrupun III turu çərçivəsində təşkil olunacaq görüşü moldovalı hakimlər idarə edəcəklər.
 
Bakı İdman Sarayında baş tutacaq qarşılaşmada ədaləti Dorian Sirbu və Viktor Serdyuk qoruyacaqlar. Saat 17:00-da başlayacaq oyunda Avropa Həndbol Federasiyasının nümayəndəsi funksiyasını türkiyəli Kənan Sivrikaya yerinə yetirəcək.
 
Bu komandaların IV turda Vilnüsdəki duelini isə Macarıstandan olan Sofiya Marton və Rita Dane idarə edəcəklər. Martın 3-də "Avia Solyuşens Qrup Arena"da baş tutacaq oyunun EHF nümayəndəsi isə polşalı Çezari Kuleşa olacaq.
 
Qeyd edək ki, hər iki komanda ilk iki turda İspaniya və Şimali Makedoniyaya məğlub olub.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31