15 Sentyabr 2025, Bazar ertəsi
“Qarabağ” Lissabona çatdı
"Onlardan yüz faiz razı deyilik"
Kurban Berdıyevdən qələbə şərhi
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi

Digər idman növləri

“Böyük Dəbilqə”: ilk gün Azərbaycan cüdoçuları üçün oldu

Azərbaycan cüdo millisinin 2 üzvü Fransanın paytaxtı Parisdə start götürən “Böyük Dəbilqə” turnirində uğursuz çıxış edib.

Futbolxeber.az saytının məlumatına görə, Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) medalsız qalıblar.

Nazir Talıbov 1/32 finalda Artyom Leşuka (Ukrayna) məğlub olub. Əhməd Yusifov isə iki rəqibini üstələməsinə baxmayaraq, 1/8 finalda yerli idmançı Romeyn Pikara uduzub.

Qeyd edək ki, üç gün davam edəcək yarışda Azərbaycanın daha 7 cüdoçusu tatamiyə çıxacaq. Qarşıdakı günlərdə Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq), Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30