12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Digər idman növləri

Arpaçay Karate Klubunun Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Açıq Turniri keçiriləcək

23-25 iyun 2023-cü il tarixlərində Bakı İdman Sarayında keçiriləcək Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Arpaçay Karate Klubunun Açıq Karate Turnirinə hazırlıq işləri Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (AKFA) və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə yüksək səviyyədə davam edir.
 
Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynovun verdiyi məlumata görə, turnir çərçivəsində ölkəmizdə ilk dəfə olaraq, Azərbaycan Karate Federasiyaları Assosiasiyasının rəhbərliyi, son 30 ildə karatenin inkişafında misilsiz rol oynayan, milli karatenin təməlini qoyan dəyərli karate ustadlarımız, o cümlədən AKFA-nın prezidenti Ülvi Quliyevin və AKFA-nın vitse-prezidenti Füzuli Musayevin iştirakı ilə karate üzrə texniki seminar da baş tutacaq.
Belə ki, turnirin 1-ci günü 23 iyun 2023-cü il tarixində saat 14:00-da Bakı İdman Sarayında keçiriləcək möhtəşəm seminarda Azərbaycanın əfsanəvi karateçilərinin hamısı bir arada olacaq, ümumiyyətlə, 400-ə yaxın məşqçi və idmançının iştirakı nəzərdə tutulur.
 
Arpaçay Karate Klubunun Açıq Karate Turnirinin açılış mərasiminin keçirilməsi isə 24 iyun 2023-cü il tarixində saat 17:00-a planlaşdırılır.
 
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Arpaçay Karate Klubunun Açıq Karate Turniri 3 gün davam edəcək və Azərbaycanın paytaxtı Bakıdan, habelə regionlardan 1000-dən çox idmançı, o cümlədən 8–11 yaşlı uşaqlar, 12–15 yaşlı yeniyetmələr, 16–17 və 18 – 20 yaşlı gənclər kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparacaqlar.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30