3 Noyabr 2025, Bazar ertəsi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda

Digər idman növləri

İdmançımız Avropa çempionatında 3 medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Tehran Məmmədov Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında Avropa birinciliyində 3 medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, 61 kq çəki dərəcəsində mübarizə aparan idmançı yaşı 20-yə qədər olan iştirakçılar arasında qüvvəsini sınayıb.

"Buta" idman klubunun üzvü birdən qaldırmada 120 kq-ı ram edərək, bu hərəkətdə gümüş medala sahib çıxıb. Təkanla qaldırmada 141 kq-ı başı üzərinə qaldıran Məmmədov bu hərəkətdə 3-cü yeri tutub.

Toplam 261 kq (120+141) nəticə göstərən idmançı yekun sıralamada gümüş medal qazanıb.

Qeyd edək ki, oktyabrın 25-dək davam edəcək yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) qüvvəsini sınayır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30