17 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" Cəfərquliyevi itirdi
“Neftçi”nin 25 il gözlədiyi start
Rəşad Sadıqovdan qələbə şərhi
"Neftçi" və "Zirə" qələbə qazandı

Digər idman növləri

Nəriman Abbasov UFC-də yarışacaq

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov UFC-də çıxış edəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə 28 yaşlı idmançı mətbuat konfransında açıqlama verib.

O bildirib ki, artıq UFC ilə 5 döyüş üçün rəsmi müqavilə imzalayıb: "Burada da uğurla çıxış etmək və çempionluq uğrunda mübarizə aparmaq niyyətindəyəm. UFC-də döyüşəcək ilk azərbaycanlı olmağımdan məmnunam. Və təbii ki, maksimuma nail olmaq, titul uğrunda vuruşmaq, ən yaxşı döyüşlərimi göstərmək istəyirəm".

Abbasovun debütü bu il sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı olacaq. Növbəti görüş isə dekabr ayında gözlənilir.

28 yaşlı idmançının meneceri Şiraslan Kərimov Abbasovun UFC-yə keçməsi üçün danışıqların 7 ay davam etdiyini bildirib: "2021-ci ilin dekabrında viza aldıq. Əlbəttə, danışıqlar prosesi ağır keçdi. Bazarımız hələlik elə də zəngin deyil. Amerikalılar bunda elə də maraqlı deyildilər. Amma bizə şans verdilər. Düşünürəm ki, digər azərbaycanlı döyüşçülər üçün də yol açdıq".

N.Abbasov yüngül çəkidə AMC “Fight Nights Global” çempionudur.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31