17 Fevral 2026, Çərşənbə axşamı
“Turan Tovuz” Şamaxıda xal itirdi
“Şamaxı"nın müdafiəsi yaxşı oynadı”
Rəşad Sadıqovla 100-cü qələbə
Demçenko: “Futbolçularım döyüşdülər”

Digər idman növləri

Məmmədyarov polşalı şahmatçıya uduzub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının üçüncü mərhələsində növbəti görüşünü keçirib.

Futbolxeber.az saytının məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın dördüncü turunda polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gəlib.

İlk partiyada qara fiqurlarla rəqibinə uduzan Məmmədyarov növbəti görüşdə heç-heçə edib. Üçüncü partiyada qara fiqurlarla qələbə qazanan Azərbaycan təmsilçisi sonrakı qarşılaşmada sülhə razılaşıb. Son iki partiyada da Duda ilə bacarmayan təcrübəli şahmatçı yekunda 2:4 hesabı ilə məğlub olub.

Məmmədyarov ilk üç turda vietnamlı Le Kuanq Lyeyə qalib gəlib, ardınca hindistanlı Rameşbabu Praqnanandhaya və kanadalı Erik Hansenə uduzub. O, hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28