20 May 2026, Çərşənbə
“Qarabağ”ın çəkisi çox ağırdır”
FİFA referiləri I Liqa oyunlarında
"Xankəndi" çempionluğunu rəsmiləşdirdi
Muaddibi rəsmən “Qarabağ”da

Digər idman növləri

Tokio-2020: İki güləşçimiz bürünc medal uğrunda yarışacaq

Bu gün Azərbaycan güləşçiləri Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar.

Futbolxeber.az saytının məlumatına görə, 77 kq çəkidə yarışan yunan-Roma güləşçisi Rafiq Hüseynov 1/8 finalda isveçli Aleks Kessidislə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hüseynov sonuncu xal prinsipinə əsasən qalib gələrək 1/4 finala yüksəlib. O, bu raundda Akjol Mahmudovla (Qırğızıstan) görüşüb. Güləşçimiz 1:9 hesabı ilə uduzub.

Akjol Mahmudov (Qırğızıstan) yarımfinalda Ermənistan təmsilçisi Karapet Çalyana qalib gəlib. A.Mahmudovun finala yüksəlməsi sayəsində R.Hüseynov təsəlliverici görüşlərə qatılmaq hüququ qazanıb.

Qadın güləşçimiz Elis Manolova da Tokio-2020-də mübarizəyə başlayıb.

68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib. Manolova rəqibinə 13:2 hesabı ilə uduzub.

Blessinq Oborududu finala yüksəldiyi üçün Manolova təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

Qeyd edək ki, güləşçilərimiz təsəlliverici görüşləri sabah keçirəcəklər.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31