8 Noyabr 2025, Şənbə
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi
Millimiz Özbəkistaba məğlub oldu
Kadi uzun müddətə sıradan çıxdı

Digər idman növləri

FIDE reytinqində şahmatçılarımızın mövqeyi açıqlandı

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Futbolxeber.az-ın FIDE-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.

Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2 765 xal var.

Şəhriyar Məmmədyarov isə 2 764 xalla 11-ci yerdə qalıb. Qədir Hüseynov bir pillə irəliləyərək 2665 xalla 71-ci olub. Nicat Abbasov da bir pillə irəliləyib və 73-cü sırada qərarlaşıb.  2 654 xalı olan Rauf Məmmədov isə 90-93-cü yerləri bölüşür. 

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 863 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 835 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə 2 443 xalla 29-cu pillədəki mövqeyini qoruyub. 2 382 xala malik Gülnar Məmmədova 75-ci yerdə qalıb. 2 376 xalı olan Xanım Balacayeva isə yenə 85-cidir.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30