Digər idman növləri
“Mənim bəxtim bir az çox gətirdi”
İnternet üzərindən keçirilən blits şahmat üzrə “İpək Yolu Kuboku”nun qalibi Rauf Məmmədov yarışla bağlı təəssüratlarını bölüşüb.
- Azərbaycan və Gürcüstan şahmatçılarının iştirakıyla keçirilən “İpək Yolu Kuboku”nda qələbə münasibəti ilə təbrik edirik.
- Pandemiya dövründə bütün idman növləri kimi, şahmatda da yarışlar təxirə salındı. Azsaylı ölkələrdə şahmat üzrə onlayn yarışları təşkil olunur. Sevindirici haldır ki, ölkəmizdə əvvəlcə “Azərbaycan Kuboku”, sonra isə Respublika Gününə həsr olunan “İpək Yolu Kuboku” təşkil olundu. “İpək Yolu Kuboku”nda 55 şahmatçı iştirak etdi, onlardan 36 iştirakçı qrossmeyster idi. Kifayət qədər sanballı məbləğ - 20 min avro mükafat fondu təyin olunmuşdu. Biz şahmatçıları düşündükləri üçün təşkilatçılara - Azərbaycan Şahmat Federasiyası, FİDE-nin vitse-prezidenti Mahir Məmmədova və təbii SOCAR-a çox sağ ol deməyə borcluyam.
Yarışa gəldikdə müəyyən hazırlıq keçmişdim. Düşünürdüm artıq pandemiya dövründə hazırlığım lazım olmayacaq. “İpək Yolu Kuboku”nda çox maraqlı gedişat izlədik.
- 2-ci turda Aydın Süleymanlıya uduzan Rauf son turda onun köməkliyi ilə çempion oldu.
- Aydın Süleymanlı sanki “Aeroflot-2019”dakı köməkliyi qaytardı. Əlbəttə, bu, zarafatdı. Süleymanlı çox yaxşı şahmatçıdı. Artıq onun bizə yaxınlaşdığını hiss edirik. 2-ci turda Aydına uduzandan sonra vəziyyət dəyişdi. Şanslarım bir qədər azaldı. Amma 3-cü turda Şəhriyar kimi qrossmeysterə qalib gəldim. Məhz Şaha qalib gələndən sonra düşündüm ki, turniri xeyrimə həll edə bilərəm.
Son turda Aydın Süleymanlı Gürcüstan təmsilçisi Bahadur Cobavayla heç-heçə oynadı. Hərçənd oyunun əvvəlində vəziyyət o qədər yaxşı deyildi. Aydın bərabərlik etməklə mənə qələbə qazanmaq üçün şərait yaratdı. Bundan sonra nəticə özümdən asılı idi. Gürcüstan təmsilçisi Nika Volkovu məğlub etməklə birinci yeri təmin etdim.
- Deməli, millidəki komanda yoldaşın Şəhriyar Məmmədyarov üzərində qələbə həlledici olub?
- Şəhriyar dünyanın aparıcı şahmatçılarından biridir. Klassik şahmatda onunla bacarmaq çətindi. Blitsdə vəziyyət fərlidi. Məncə blitsdə uğur qazanmaq üçün bəxtin olmalıdı. Şahla oyunda bəxt mənim tərəfimdə idi. Mənim bəxtim bir az çox gətirdi. Sözsüz həmin turdan sonra öz gücümə daha çox inandım.
- Karantində Rauf Məmmədov vaxtını necə keçirir?
- Karantində asudə vaxtlarım çoxdu. 8 saat yatırıq, bundan sonra düz 16 saat asudə vaxtımız olur. Bu saatlarda kitab oxuyuram, kinolara baxıram. Şahmat dünyasıyla bağlı maraqlı kitablar çoxdur. Dahi şahmatçıların debütləriylə maraqlanıram. Sanki şahmatda yenidən məktəbə getməyə başlamışam (gülür).
- Onlayn şahmat əvvəlki adi qaydada keçirilən turnirləri unutdurur?
- Şahmatı internet üzərindən oynamaq rahatdı. Digər növlərdən fərqli olaraq onlayn şahmat yarışı keçirmək daha münasib görünür. Təyyarəyə bilet alaraq yola çıxmırsan, evdə internetlə istənilən yarışda iştirak etmək olar. Bununla belə, klassik şahmat yarışları başqadı. Karantinin tezliklə başa çatacağına inanıram. Yarışlar üçün darıxmışıq.
Yeri gəlmişkən bir çox şahmatçılar məhz turnirlərdə iştirakla maddi vəziyyətini düzəldir. Turnirdə yaxşı çıxış etməklə normal pul qazanırsan. Azərbaycan Şahmat Federasiyasının təşkil etdiyi “Azərbaycan Kuboku”, “İpək Yolu Kuboku” turnirləri də bizlərə kömək oldu. Ümid edirəm növbəti ay daha bir turnir təşkil oluacaq.
- İdmançılar karantində çəki artımından şikayətlənir. Rauf Məmmədov necə, yenə kökəlib?
- Düzünü deyəcəm. İdman məşğul olmağa imkan olmayıb. Amma kökəlməmişəm. Əksinə, 5 kiloqram çəki atmışam.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























