Digər idman növləri
Mariya Stadnik: “Karyeram boyunca ideal səviyyəyə Rio Olimpiadasında çatmışdım”
“Dünya çempionatına sıx qrafiklə hazırlaşdığım üçün övladlarıma vaxt ayıra bilməmişdim. Əlbəttə, qələbəni dərhal qohumlarla, sənə yaxın olan insanlarla qeyd etmək istəyirsən. Bu üzdən mundialdan sonra dərhal evimə yollandım”.
Futbolxeber.az-ın məlumatına görə, bunu güləşçi Mariya Stadnik deyib.
Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında bu il Minsk-2019 II Avropa Oyunlarının və Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatının qalibi olan 31 yaşlı idmançı onu Tokio-2020 Yay Olimpiya Oyunlarına qədər ağır qrafikin gözlədiyini bildirib:
“Bu payız ailəmlə yaxşı istirahət etmək imkanı əldə etdim. Bununla belə, məşqlərimi də davam etdirirdim. Ancaq bu, təlim-məşq toplanışı səviyyəsində hazırlıq deyildi. Psixoloji cəhətdən də istirahətə, bərpa prosesinə ehtiyac var idi. Çünki olimpiadaya qədər bizi növbəti ağır qrafik gözləyir. Dekabrda Bolqarıstanda dağlıq ərazidə təlim-məşq toplanışı keçdik. Bu da fiziki hazırlığın yüksəldilməsinə xidmət edirdi. Gələn il ilk yarışım fevralda keçiriləcək Avropa çempionatı olacaq. Ondan sonrakı plan və qatılacağım yarışlar hələ bəlli deyil. Allaha şükürlər olsun ki, artıq zədələr baxımından problemim yoxdur. Hər yarışdan sonra çıxışımı təhlil edir, səhvləri, çatışmazlıqları müəyyənləşdirir, nəyin üzərində işləməli olduğumuzu aydınlaşdırırıq. Açığı, Nur-Sultanda formamın zirvəsində deyildim. Fikrimcə, karyeram boyunca ideal səviyyəyə Rio Olimpiadasında çatmışdım. Həm fiziki, həm də psixoloji cəhətdən yüz faiz hazırlıqlı idim”.
Stadnik Tokio-2020 ilə bağlı düşüncələrini bölüşüb: “Tokio olimpiadasında Yaponiyanı Eri Tosaka və ya Yui Susakinin təmsil edəcəyi ilə bağlı hər hansı düşüncəm yoxdur. İstənilən güləşçiylə görüşə qələbə üçün çıxacağam. Rəqibin fərqi yoxdur. Sadəcə, qalib gəlmək istəyirəm, vəssalam. Olimpiadaya hələ 8 ay var. Kimsə zədələnə, hansısa səbəbdən formada ola və ya olmaya bilər. Bütün rəqibləri qiymətləndirmək lazımdır. Olimpiya Oyunlarına həm fiziki, həm psixoloji, həm də taktiki cəhətdən tam hazır olmalısan. Təbii ki, idman xoşbəxtliyi də sənin tərəfində olmalıdır. Hazırda üzərimdə təzyiq hiss etmirəm. Tokio-2020 mənim üçün sonuncu yarış olmaya da bilər”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
09:10
DÇ: Millimiz bu gün 2 oyun keçirəcək
-
09:00
Premyer Liqamızda IX tura yekun vurulur
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
25.10.2026
24.10.2026
23.10.2026
























