7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Digər idman növləri

Məmmədyarov liderliyə yüksəldi

Kişilər arasında dünya şahmat Tacı uğrunda həlledici görüşdə Maqnus karlsenə rəqib olmaq uğrunda iddiaçıların turnirində 6-cı turun qarşılaşmaları keçirilib. Futbolxeber.az xəbər verir ki, 8 iştirakçı arasında yeganə Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla Vladimir Kramniki məğlub edib.
 
6 saat davam edən mübarizə rusiyalı sabiq dünya çempionunun “ağ bayraq” qaldırması ilə nəticələnib.
 
Bu qələbə sayəsində Məmmədyarov xal ehtiyatını 4-ə yüksəldərək, 6-cı turda Aleksandr Qrişşukla xalları yarı bölən lider Fabiano Karaunaya çatıb.
 
Turun daha bir məhsuldar partiyası Uesli So ilə erməni Levon Aronyan arasında qeydə alınıb. ABŞ təmsilçisi düşmən ölkənin şahmatçısını lövhə arxasına oturmağa peşman edərək, sonuncu pillədən qurtulub. Digər partiyada  Lijen Karyakinlə xalları yarı bölüblər.
 
6 turdan sonra vəziyyət:
1-2. Məmmədyarov, Karauna – 4; 3-5. Qrişşuk, Lijen, Kramnik – 3,5; 6-7. Aronyan, So – 2,5; Karyakin – 2.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31