24 Mart 2026, Çərşənbə axşamı
Qərəz, yoxsa antipatiya? - YAZI
Axundzadə MLS-də debüt etdi
“Turan Tovuz”dan vacib qələbə
Hidayət bürünc medal qazandı

Digər idman növləri

Firdovsi Umudov yenidən millimizin baş məşqçisi oldu

Güləş üzrə Azərbaycan millilərinin baş məşqçi postunda dəyişikliklər edilib.

Futbolxeber.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi məlumata görə, əsas komandalarımızın çalışdırıcıları istefaya göndərilib.

Belə ki, 2012-ci London Yay Olimpiya Oyunlarından sonra yunan-Roma üzrə güləş komandamıza gətirilən Cəmşid Xeyrabadi millimizdən kənarlaşdırılıb. Onun vəzifəsini müvəqqəti icra etmək Akif Əliyevə tapşırılıb. Sərbəst güləş üzrə yığmamızda da Saypulla Absaidovla yollar ayrılıb. Növbəti dəfə vəzifəsi əlindən alınan dağıstanlı çalışdırıcı fəaliyyətini gənclər komandamızda böyük məşqçi kimi davam etdirəcək. Onu əsas yığmada müvəqqəti də olsa Firdovsi Umudov əvəzləyəcək.

Qərara əsasən, yalnız qadınlardan ibarət komandamızın baş məşqçisi Semyon Şterevlə müqavilə uzadılıb.

Bütün bunlara pəhləvanlarımızın Rio Yay Olimpiya Oyunlarında zəif çıxışı səbəb olub. Belə ki, 4 illiyin ən möhtəşəm yarışında 18 mümkün çəki dərəcəsindən 14-də iştirak edən güləşçilərimiz çempionluğa həsrət qalmışdılar.

Qeyd edək ki, aşağı yaş qrupları üzrə milli komandalarımızın da məşqçilər korpusu dəqiqləşib

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31