15 Noyabr 2026, Bazar günü
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Ölkə futbolu

PFL Zubirə təşəkkür etdi

Peşəkar Futbol Liqası (PFL) “Qarabağ”dan ayrılan Abdullah Zubirlə bağlı xüsusi paylaşım edib.

Futbolxeber.az saytının məlumatına görə, PFL 8 ildən sonra Ağdam klubu ilə vidalaşan futbolçunun Azərbaycan karyerasındakı göstəricilərini təqdim edib.

Məlumata görə, Zubir “Qarabağ”ın heyətində 368 oyuna çıxıb və 78 qol vurub. O, klub tarixində ən çox matç keçirən futbolçular arasında 7-ci, ən çox qol vuranlar sırasında isə 2-ci yerdədir.

Zubirin “Qarabağ”da ilk qolu 23 sentyabr 2018-ci ildə “Qəbələ” ilə matçda qeydə alınıb.

PFL həmçinin Zubirin Azərbaycan klublarının heyətində avrokuboklarda vurulan qollar üzrə 18 qolla rekordçu olduğunu vurğulayıb.

Paylaşımda futbolçuya belə təşəkkür edilib: “Futbolumuza rəng qatdığın üçün təşəkkürlər!”

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30