1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Ölkə futbolu

Filipe Kandido: “Sumqayıt”a nələrisə bəhanə etmək üçün gəlməmişəm”

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bizim oyunçular da pis çıxış etmədi. İlk qola qədər rəqibə imkan vermədik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido Azərbaycan Premyer Liqasının ilk turunda "Neftçi"yə uduzduqları (1:3) oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis Səbuhi Abdullazadənin öz səhvindən qırmızı vərəqə aldığını bildirib:

“Standart vəziyyətdən sonra fərqləndilər və bu qol bizdə inamsızlıq yaratdı. Rəqib isə daha güvənli oynamağa başladı. Qola reaksiya verməyə çalışsaq da, alınmadı. Fasiləyə qədər fərqi azaltmaq istədik. İkinci hissəyə dəyişikliklə başladıq. Küləkli hava da bir az çətinlik yaratdı. Geridönüş etmək istəsək də, rəqib bizi əks-hücumda yaxaladı və daha bir qol vurdu. 1:3-dən sonra azlıqda qaldıq. Futbolçumuz öz səhvindən qırmızı vərəqə aldı. Kaş Səbuhi belə etməzdi. Amma futbolda bu cür hallar olur. O, bizim kapitanlarımızdandır. 11 nəfərlə qalsaydıq, bəlkə daha yaxşı oynayar, geridönüş edə bilərdik"

O, heyətin kasad olmasından danışıb:

"Nələrisə bəhanə etmək üçün bura gəlməmişəm. Mənim üçün futbolçunun fərqi yoxdur. Əlimdəki materialın ən yaxşısından istifadə etməyə çalışıram. Transferlər olacaq, heyətimiz komplektləşəcək. "Neftçi" ilk rəsmi matçına çıxanda biz toplanışa başlayırdıq. Yeni oyunçular bizimlə cəmi 2-3 məşq keçiblər”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31