Ölkə futbolu
Vernidub: “Pulu öz əziyyəti ilə qazanmağı üstün tutanları gətirmək arzusundayıq”
"Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının ilk turunda “Sumqayıt”a qarşı keçirilən oyundan (3:1) sonra mətbuat konfransında iştirak edib. Futbolxeber.az saytının məlumatına görə, o, jurnalistlərin suallarını cavablandırıb.
- “Neftçi”nin oyunu sizi nə dərəcədə qane etdi?
- Azərbaycan Premyer Liqasının başlaması münasibətilə sizi təbrik edirəm. Səfərdə oynayırdıq. “Sumqayıt” ötən mövsüm heç də pis komanda deyildi, çox sayda dəyişikliklər olub. Çoxlu sayda futbolçular gedib, yeniləri gəlib. Biz onların bu yay necə oynadıqlarını bilmirdik. “Şamaxı” ilə yoxlama görüşlərindən xəbərdar idik. O oyunda 4 müdafiəçi ilə oynamışdılar, bu dəfə isə 5 müdafiəçi ilə meydana çıxdılar. Bunu da oyundan əvvəl bildik. Amma əsas olan bizim oyunçular bilməlidir ki, biz nədən ötrü oynayırıq. Oyunumuz alındı, daha çox qol vura bilərdik. Sadəcə istifadə etmək alınmadı. Bir qol da buraxdıq. Bu cür qol buraxmamalıydıq. Oyundan, futbolçulardan, nəticədən razıyam. Önəmlisi odur ki, mövsümə qələbə ilə başladıq.
- Rəqib azlıqda qaldıqdan sonra onlar daha aktiv görünürdü. Bunu nə ilə əlaqələndirərdiniz?
- “Sumqayıt”ın vurduğu bir qoldan başqa hansısa epizodunu xatırlayırsınız? Varsa, mənə xatırladın. Amma biz fürsətləri dəyərləndirsəydik, hesab başqa cür olardı. “Sumqayıt” pis komanda deyil, hər zaman yuxarı yerləri tutmaq üçün oynayırlar. Azərbaycan Premyer Liqasında daha çox bərabər səviyyəli komandalar var. “Turan Tovuz” “Qəbələ”yə qarşı oyuna baxın. “Turan Tovuz”da oturuşmuş heyət var, “Qəbələ”də yeni heyət var, amma bəzi epizodlarda fərqlənə də bilərdilər.
- Qutsulyakın “Neftçi”yə keçəcəyi deyilir. Onunla danışmısınız? Komandaya gəlmək ehtimalı nə qədərdir?
- Sizdən hardandır bu məlumat? Hətta bir neçə oyunçu var ki, onlarla maraqlanırıq. Heç bilmirəm onlar kimlərdir. Bunlar daha çox agentlərin işidir, qiymətləri qaldırmaq üçün edirlər. Mənim məlumatım yoxdur, nəsə olsa, deyə bilərəm. Qutsulyaka gəldikdə, çox möhtəşəm futbolçudur. Ukrayna millisində də oynayıb, yaxşı vingerdir, yaxşı sürəti var. “Neftçi”də oynamaq istəsəydi, bundan imtina etməzdim.
- Moldova mətbuatının iddiasına görə, "Şerif" rəhbərliyi də sizinlə əlaqə saxlayıb və komandaya dəvət edib...
- Bunu ilk dəfə sizdən eşidirəm. Mənim "Neftçi" ilə müqavilə var. Hər şeydən razıyam. Tez komanda dəyişən biri deyiləm. Müqaviləmə uyğun işimi davam etdirirəm. Böyük pullar vəd edilsə də, getmərəm. Pulların arxasınca gedən adam deyiləm. Mənim üçün işim, müqaviləm önəmlidir. Qazancım da məni qane edir. Mənim ailəm var, gəlirim hamımıza kifayət etməlidir və indiki məqamda burdakı məvacib buna bəs edir. Qardaşım, bacım, nəvələrim var. Bu gün qazandığım pul məni qane edir. Böyük məbləğ vəd edilsə də, getmərəm, pul arxasınca qaçan adam deyiləm.
- Kenan Piriç komandadan ayrılıb, yoxsa ayrılacaq?
- Heyətdədir, sadəcə zədəsi var. Komandanı gücləndirməliyik. Bu istiqamətdə işlərimiz davam edir. Öz üslubumuza uyğun oyunçular axtarırıq. Futbolçuların bəzən böyük tələbləri olur, amma inanıram ki, istədiyimizi tapacağıq. Biz pulu öz əziyyəti ilə qazanmağı üstün tutanları gətirmək arzusundayıq. Bu gün heyətdə yerli oyunçular da var. Bu, milli komandanın formalaşmasında da rol oynayacaq. Hər oyunçu üzərində çox çalışır. Biz də istəyirik ki, onlar gözəl nəticələr ortaya çıxarsın.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
-
14:58
İdmançılarımız “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurublar
-
14:48
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
14:26
“Mingəçevir Reqatası-2026”: Tarverdiyev-Vəlizadə cütlüyü ikinci oldu
-
14:02
Üzgüçülərimiz Bakıda Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
13:51
Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:34
Litvanın qələbəsi VİDEO
-
13:13
“Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib FOTOLENT
-
13:00
Azərbaycanın “Mingəçevir Reqatası-2026”da medal sayı artdı
-
12:49
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
12:27
Amerikalı basketbolçu Azərbaycan klubunda
-
12:15
Bakıda üzgüçülük üzrə "İpək Yolu" Dünya Kuboku start götürüb
-
11:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:06
U-21 millimiz Şotlandiyada "5 aldı" VİDEO
-
10:32
Bu gün "Mingəçevir Reqatası-2026"ya yekun vurulacaq
-
10:14
Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
-
09:51
Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
-
09:30
Azərbaycan Lixtenşteynə qarşı
-
00:23
Millimizdən 5 qollu məğlubiyyət
-
20:41
Azərbaycanın stolüstü tennisçilərindən 5 medal
-
20:05
Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar FOTOLENT
-
19:38
Babək Quliyev Millətlər Liqasının oyununa təyinat alıb
-
18:54
Mingəçevir Reqatası: Avarçəkənlərimiz daha 7 medal qazanıblar
-
18:26
Voleybol oyununa görə "Turan Tovuz" oyununun yeri dəyişdirildi
-
18:12
PFL I Liqada 15 oyunun vaxtını açıqladı
-
18:00
İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
17:47
Boksçularımız U-17 Avropa çempionatında iştirak edəcəklər
-
17:33
"Mingəçevir Reqatası-2026": Daha bir idmançımız qızıl medal qazanıb
-
17:21
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “ustad dərsləri”
-
16:59
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
-
16:48
U-20-nin oyunları canlı yayımlanacaq
-
16:05
Canninin gəlişindən sıxılan canlar
-
15:36
Bu federasiyaya yeni prezident seçildi
-
15:14
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
-
14:52
Toni Doherti: “Azərbaycana qarşı hücum futbolu oynayacağıq”
-
14:27
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
-
14:00
"Zirə"nin üzvləri üçün maarifləndirici sessiya təşkil olunub
-
13:41
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
-
13:13
"Mingəçevir Reqatası-2026": Təmsilçilərimiz daha üç medal qazanıblar
-
12:59
Kökçü millinin düşərgəsindən ayrıldı
-
12:38
Yunanıstan - Latviya oyunu azərbaycanlı hakimlərə tapşırıldı
-
12:05
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:46
İspaniya - Xorvatiya matçında 5 qol VİDEO
-
11:22
Anje Mutsinzi: 90 dəqiqə, sarı vərəqə və 3 xal
-
10:54
“Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
-
10:31
Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
-
10:17
"Mingəçevir Reqatası-2026": İkinci mərhələyə start verilir
-
10:00
Azərbaycan klublarının rəsmiləri mötəbər tədbirdə iştirak ediblər
-
09:43
"Zirə"nin futbolçusu millidə qol vurdu
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
01.10.2026
30.09.2026
29.09.2026
Arxiv
| Oktyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | |||
| 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |
























