1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Ölkə futbolu

Ruan Renato 100-ə çatdı

"Zirə"nin müdafiəçisi Ruan Renato Azərbaycan Premyer Liqasının I turunda Bakı klubunun heyətində 100-cü çempionat matçına çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, 2023-cü ildən paytaxt təmsilçisində çıxış edən braziliyalı futbolçu bu görüşlərdə 13 qola imza atıb.

O, Azərbaycan çempionatları tarixinə eyni klubun heyətində yüksək dəstədə 100 və daha çox matç keçirən 4-cü braziliyalı kimi düşüb.

Bu göstəricidə rekord "Neftçi"də 133 oyun keçirən Flavinyoya məxsusdur. Denis Silva isə 2 fərqli klubda 100 matç həddini aşıb:

Flavinyo ("Neftçi") - 133

Dodo ("Qəbələ") - 131

Denis Silva ("Neftçi") - 116

Denis Silva ("Şamaxı") - 113

Ruan Renato ("Zirə") - 100

Qeyd edək ki, Braziliya əsilli Riçard Almeyda "Qarabağ"da daha çox oyun keçirsə də, karyerasının gedişində Azərbaycan millisinin şərəfini qoruyub və legioner statusu daşımayıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31