3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

"Avropa çempionatında inamı doğruldub növbəti mərhələyə yüksəlmək istəyirik"

"Avropa çempionatının başlamasını səbirsizliklə gözləyirəm. Hazırlıq prosesinin böyük hissəsi geridə qalıb və bir neçə yoldaşlıq oyunlarında da gücümüzü sınadıq, zəif tərəflərimizi müəyyənləşdirib üzərində çalışdıq. Artıq yarışın başlamasına sayılı günlər qalıb".

Futbolxeber.az saytının məlumatına görə, bunu millinin hücumçusu Yelizaveta Ruban Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, ölkəmizin qitə birinciliyinə ev sahibliyi etməsinin komandamıza əlavə motivasiya verdiyini deyib:

"Hər birimiz Avropa çempionatının bizim üçün nə qədər vacib olduğunu yaxşı anlayırıq. Böyük xoşbəxtlikdir ki, bu mötəbər yarışa doğma Azərbaycan da ev sahibliyi edir. Necə deyərlər, doğma divarlar insana güc verir. Azarkeşlərimizin, voleybolu sevən hər kəsin dəstəyini gözləyirik. Biz də əlimizdən gələni edəcəyik ki, yaxşı oynayıb qələbələr qazanaq, bizə olan inamı doğruldub növbəti mərhələyə yüksələk".

Qeyd edək ki, avqustun 21-dən 28-dək keçiriləcək C qrupunun oyunlarında Azərbaycan millisi Belçika, Niderland, Portuqaliya, Rumıniya və İspaniya seçmələri ilə qarşılaşacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31