1 Oktyabr 2026, Cümə axşamı
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Şose velosipedi üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşib.

Futbolxeber.az saytının Azərbaycan Velosiped İdmanı Federasiyasına (AzVİF) istinadən verdiyi məlumata görə, ilk yarış günündə iştirakçılar Pirallahı rayonunda fərdi ötüşmə üzrə mübarizə aparıblar.

15 yaşadək oğlanlar arasında 10 km məsafəyə fərdi ötüşmədə İsmayıl Xankişiyev (ROEQİUGVM) birinci olub. Abdurrəhman Rəfiyev (AE Cycling School) ikinci, Emil Abbasov (AE Cycling School) üçüncü yeri tutub.

17 yaşadək oğlanların 20 km məsafəyə fərdi ötüşməsində Raul Mahmudov (AE Cycling School) qalib gəlib. Emil Vaxrameyev (ROEQİUGVM) gümüş, İlkin Sadıqzadə (Təhsil) bürünc medal qazanıb.

Yeniyetmə qızlar arasında isə 10 km məsafədə Məryəm Hüseynova (ROEQİUGVM) ən yaxşı nəticəni göstərib. Elenika Vəlizadə (ROEQİUGVM) ikinci, Sevinc Sultanzadə (AE Cycling School) üçüncü olub.

Yarışın ikinci günündə velosipedçilər Qobustan rayonunda qrup ötüşməsi üzrə ən güclüləri müəyyənləşdiriblər. 15 yaşadək oğlanların 60 km məsafəyə qrup ötüşməsində İsmayıl Xankişiyev (ROEQİUGVM) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Anar Mustafazadə (Təhsil) ikinci, Ayxan Pənahlı (AE Cycling School) üçüncü olub.

17 yaşadək oğlanlar arasında 80 km məsafəyə qrup ötüşməsinin qalibi Raul Mahmudov (AE Cycling School) olub. Əli Zeynalzadə (ROEQİUGVM) ikinci, İlkin Sadıqzadə (Təhsil) üçüncü yeri tutub.

Yeniyetmə qızların 20 km məsafəyə qrup ötüşməsində isə Məryəm Hüseynova (ROEQİUGVM) qızıl medal qazanıb. Sevinc Sultanzadə (AE Cycling School) ikinci, Elenika Vəlizadə (ROEQİUGVM) üçüncü olub.

Beləliklə, iki yarış gününün yekununda 15 yaşadək oğlanlar arasında İsmayıl Xankişiyev, 17 yaşadək oğlanlarda Raul Mahmudov, yeniyetmə qızlar arasında isə Məryəm Hüseynova həm fərdi, həm də qrup ötüşməsində qalib olaraq Ölkə Kubokunda ən yüksək nəticə göstəriblər.

Qeyd edək ki, turnir avqustun 14-15-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə AzVİF-in 2026-cı il üçün təsdiq etdiyi idman təqvim planına əsasən təşkil olunub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31