1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Ölkə futbolu

Anje Mutsinzi: “Hər oyuna 3 xal üçün çıxacağıq”

“Zirə”nin müdafiəçisi Anje Mutsinzi dünən Azərbaycan Premyer Liqasının ilk turunda “Şəfa”ya qarşı keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

 

- “Şəfa”nı 2:0 hesabı ilə məğlub edərək mövsümə uğurlu start verdiniz. Qələbəni necə şərh edərdiniz?

- Yaxşı oyun keçirdik. Görüş ərzində çalışırdıq pressinq tətbiq edək. Düşünürəm ki, layiqli qələbə qazandıq. 3 xal qazandığımız üçün məmnunuq.

- Bu, “Şəfa”nın cari mövsümdə ilk, sizin isə beşinci rəsmi oyununuz idi. Yəni rəqib sizin nəyə qadir olduğunuzu bilirdi. Bu məqamın “Zirə”nin əleyhinə olduğunu söyləmək mümkündür?

- Bəli, bu, müəyyən qədər əleyhimizə idi. Avrokuboklarda dörd oyun keçirmişdik. Rəqib isə Premyer Liqaya yeni vəsiqə qazanıb. “Şəfa”nın oyunu barədə geniş məlumatımız yox idi. İlk 15 dəqiqədə necə oynayacaqlarını hiss elədik. Bu, qalan dəqiqələrdə bizə kömək oldu. Hesabda geri düşdükdən sonra rəqib pressinq tətbiq etmək istəyirdi. Bununla belə, vurduğumuz qollarla layiqli qələbə qazandıq. Artıq qarşıdakı matçlara baxacağıq.

- “Zirə” “Payde” şokundan ayılıb? Bu klubun “Rapid”lə matçlarını izlədiniz? Sizcə, “Payde”nin yerində “Zirə” olsaydı, hansı nəticə qeydə alınardı?

- Həqiqətən də “Payde”yə məğlubiyyət bizim üçün şok idi. Mübarizəni ikinci mərhələdə dayandırmağımız gözlənilməz olmuşdu. Lakin “Rapid”lə qarşılaşsaydıq, necə olardı, bu barədə bir söz deyə bilmərəm.

- “Zirə”nin cari mövsümdəki hədəfi nədir?

- Hədəflərimiz dəyişməyib. Həmişəki kimi, hər oyuna 3 xal üçün çıxacağıq. Çempionatı bacardığımız qədər yüksək pillələrdə bitirmək istəyirik. Məqsəd ilk 3-4 komanda arasında olmaqdır.

- Növbəti turda “İmişli” ilə qarşılaşacaqsınız. Maraqlıdır ki, ötən mövsüm bu komanda ilə hər üç matçınız heç-heçə bitmişdi...

- Biz hər oyuna 3 xal gözü ilə baxırıq. Düşünürəm ki, “İmişli”yə qarşı görüş də asan olmayacaq. Hər matç finala bərabərdir. Həmin oyunda da qalib gəlmək üçün əlimizdən gələnin ən yaxşısı edəcəyik.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31