19 Oktyabr 2026, Bazar ertəsi
Berdiyev məğlubiyyəti şərh etdi
“Qarabağ” çempion olmaq istəyir”
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi

Ölkə futbolu

Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Futbolxeber.az saytının məlumatına görə, püşkün nəticəsinə əsasən, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) klubu ilə qarşılaşacaq “Neftçi” mərhələ adlayacağı halda “Jelezniçar” (Serbiya) - “Braqa” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

"Zirə" isə Estoniya təmsilçisi "Payde"ni mübarizədən kənarlaşdıracağı halda, "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi ilə görüşəcək.

UEFA  Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ" - ÇSKA (Bolqarıstan) cütünün məğlubu isə Konfrans Liqasında "Dinamo" (Kiyev, Ukrayna) - PAOK (Yunanıstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Mərhələ adlayacaqları halda "Zirə" ilk matçı evdə, "Neftçi" səfərdə keçirməlidir. Eləcə də "Qarabağ" Avroliqada uduzursa, Konfrans Liqasında ilk matçını Bakıda oynayacaq.

UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin matçları 6 və 13 avqustda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31