2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyunlardan danışdı

“Tvente”nin baş məşqçisi Con van den Brom Niderland çempionatında “PEK Zvolle” ilə oyundan (3:1) sonra komandasının çıxışını və qarşıdakı “Qarabağ” matçlarını şərh edib.

Futbolxeber.az saytının Niderland mətbuatına istinadən verdiyi məlumata görə, 59 yaşlı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

“Yenidən “Tvente”nin oyunundan zövq ala bildik. Meydanda komanda kimi idik. Görmək istədiyimiz də budur - təşəbbüs, temp və yüksək intensivlik. Rəqibi oyundan salmaq. Bunu etdik”.

Baş məşqçi “Qarabağ”la qarşıdakı iki oyunun komanda üçün həlledici əhəmiyyət daşıdığını və azarkeşlərin dəstəyinə inandıqlarını vurğulayıb: “Azarkeşlərin cümə axşamı “Qarabağ”la oyunda da bizi dəstəkləyəcəklərinə inanıram. Qarşıda iki həlledici görüş var. Qışa qədər Avropada qalacağıq, yoxsa mübarizəni dayandıracağıq? Dəstəyi yenidən görəcəyimizə demək olar ki, əminəm”.

Xatırladaq ki, “Tvente” ilə “Qarabağ”arasında ilk oyun avqustun 20-də Enshededə, cavab matçı isə avqustun 27-də Bakıda olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31