1 Oktyabr 2026, Cümə axşamı
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

"Tvente" ilə səfər oyunu üçün "Qarabağ" azarkeşlərinə 1500 yer ayrılıb

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) ilə səfər oyunu üçün "Qarabağ" azarkeşlərinə 1500 yer ayrılıb.

Futbolxeber.az saytının Ağdam klubunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, matçın vauçerləri bu gün, saat 17:00-dan etibarən satışa çıxarılacaq.

Vauçerləri "İticket.az" saytından onlayn şəkildə əldə etmək mümkündür.

Biletlərin qiyməti 45 manat təşkil edir. Vauçerlər əldə olunduqdan sonra biletlər oyun gününədək alıcının e-poçt ünvanına göndəriləcək. Stadiona giriş yalnız biletlə mümkün olacaq və azarkeşlərin üzərlərində şəxsiyyəti təsdiq edən sənəd olmalıdır.

"FC Twente Stadion"da Azərbaycan təmsilçisinin azarkeşləri 325 və 326-cı sektorlara "Gate X" girişindən daxil olacaqlar.

Qeyd edək ki, "Tvente" - "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31