1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Ölkə futbolu

Rəşad Sadıqovdan qələbə şərhi

Azərbaycan Premyer Liqasının ilk turunda "Zirə" doğma meydanda "Şəfa"nı 2:0 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında əvvəlcə qələbəni şərh edib:

"Oyun gərgin keçdi. Bilirdik ki, rəqib mübarizəyə köklənmiş olacaq. Avrokubok oyunlarından sonra psixoloji cəhətdən yaxşı vəziyyətdə deyildik. Qarşımızda "Zirə"ni ən yaxşı tanıyan məşqçi var idi. O, komandamızda 7 il çalışıb. Bu, hiss olunurdu. Futbolçularımı təbrik edirəm".

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Qol vəziyyətlərindən istifadə problemi həll olunub?

- Bu, "Zirə"də mənim 7-ci ilimdir. Bu qədər qol epizodu yaradıb məğlub olduğumuz oyunu xatırlamıram. Amma “Payde” ilə matçda belə oldu. Futbolçu karyeramda da belə hallar yaşanıb. Hamımız məyus olmuşduq. Bu gün isə daha dəqiq oynadıq. Ümid edirəm, hər şey düzələcək.

- Bu rəqibə qarşı iki qol vura bildiniz.

- "Şəfa’ya qarşı oynamaq "Payde"yə qarşı oynamaqdan daha çətindir. Orada hər 5-8 dəqiqədən bir qol epizodu yaradırdıq, bu dəfə belə olmadı. Oyunda rəqibdən üstün olduğunuz zaman əks-hücumlar təhlükəli olur. Müdafiəyə də diqqət yetirmək lazımdır.

- Hakimlikdən yenə narazı görünürdünüz.

- Xeyr (gülür). Nəticəyə təsir edən səhvlər olmadı. Meydandan kənarda olanda insan daha aqressiv olur.

- İssa Cibrilla meydanda olanda “Zirə” ötən mövsüm məğlub olmamışdı. Bu mövsüm komanda fiziki cəhətdən daha yaxşı hazırlaşıb?

- O, çox az oynayıb. Maraqlı statistikadır, buna heç diqqət yetirməmişdim. İssaya güvənirik, hücumlarımızı onun üzərindən qururuq. Rotasiyalar olacaq. O da öz üzərində daha çox çalışır.

- Eren Aydından razısınız?

- Onun mikrotravması var idi, amma tam fədakarlıqla oynadı və gözəl qol vurdu. Bu gün qol vurdu, “Payde” ilə oyunda isə iki dəfə zərbəsi dirəyə tuş gəlmişdi.

- FIFA-nın yeni qaydalarından razısınız?

- Əla qaydadır. Vaxt itkisindən çox şikayət edirdik. Yeganə mənfi məqam məqam odur ki, qanaxmaya görə bir dəqiqə gözləməlisən. Bunun mənası yoxdur. Ümid edirəm, bu məsələyə də diqqət yetirərlər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31