16 Noyabr 2026, Bazar ertəsi
U-21 yığmamız Omanı məğlub etdi
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı

Ölkə futbolu

"Qarabağ" Cəfərquliyevi itirdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq.

Futbolxeber.az saytının məlumatına görə, cinah müdafiəçisi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev, Ukrayna) ilə keçirilən cavab oyununda zədələnib.

Aparılan tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb. Elvin Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir. Onun müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir.

Xatırladaq ki, "Qarabağ" iki oyunun (0:1, 2:0) nəticəsinə əsasən "Dinamo"nu mübarizədən kənarlaşdırıb.

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" - "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30