3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Digər idman növləri

Daha 3 boksçumuz Avropa çempionatında 1/4 finala yüksəlib

Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 3 boksçusu 1/4 finala yüksəlib.

Futbolxeber.az saytının Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq) və Şahin Aslanov (65 kq) bu mərhələyə vəsiqə qazanıblar.

N.Qasımov ikinci döyüşündə çexiyalı Doryan Kropoqa üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, 1/4 finalda ingiltərəli Ruben Hujmannla üz-üzə gələcək.

Ə.Baxışov xorvatiyalı Petar Krpanı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, yarımfinala gedən yolda slovakiyalı Kristian Haraşiklə mübarizə aparacaq.

Ş.Aslanov rusiyalı Muhammad Ali Seferbekovdan üstün olub – 3:2 (28:29, 29:28, 27:30, 30:27, 29:28). İdmançı 1/4 finalda ingiltərəli Yaşua Flemminqlə qarşılaşacaq.

Bununla da oğlan boksçuların yarışında 1/4 finala yüksələn Azərbaycan təmsilçilərinin sayı 4-ə çatıb. Daha əvvəl Əli Əliyev (50 kq) də bu hüquqa yiyələnib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31