7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL

II Liqa klubları onlara ayrılan maliyyə vəsaitinin azlığından narazıdırlar.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, bu səbəbdən də klublar Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədova müraciət ünvanlayıblar.

Müraciətə II Liqada yarışacaq 12 klubun hamısı – “Ağdaş”, “Ağstafa Gəncləri”, “Difai”, “Dinamo”, “Kür-Araz”, “Qaradağ-Lökbatan”, “Quba”, “Marafon”, “Sheki City”, “Şəmkir”, “Şirvan” və “Zəngəzur”un rəsmiləri imza atıblar.

Müraicətdə qeyd olunub ki, II Liqa klublarına ayrılan aylıq 5 800, illik 58 000 manat çox azdır. Bu məbləğ xərcləri qarşılamağa kifayət etmir. Vurğulanıb ki, bu məbləğdə ayda minimum iki səfər oyununun nəqliyyat və qidalanma xərclərini, futbolçuların məvaciblərini, oyunlar və məşqlərə görə stadion ödənişlərini qarşılamaq mümkün deyil. Məvaciblərin cüzi olması səbəbində əksər futbolçular II Liqaya gəlməkdən imtina edirlər. Bir sözlə, klubların maddi vəziyyəti çox pisdir.

Üstəlik, aşağı liqa ilə, Premyer Liqa klublarına ayrılan maliyyə yardımı arasındakı fərq azmış kimi, I və II Liqa klubları FİFA və UEFA-dan gələn vəsaitlərdən də kənar qalırlar. Bu isə klubların maddi durumu arasındakı uçurumu daha da dərinləşdirir.

Klublar PFL prezidentinə müraciət edərək, bütün bu məsələlərin AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında qaldırılmasını Elxan Səmədovdan xahiş ediblər.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30