1 Oktyabr 2026, Cümə axşamı
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb

Ölkə futbolu

“Neftçi”nin 25 il gözlədiyi start

“Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz start seriyasına son qoyub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, ardıcıl üç mövsümə qələbəsiz başlayan Bakı klubu I turda “Sumqayıt”a qalib gəlib - 3:1. “Ağ-qaralar” sonuncu dəfə 2022/23 mövsümünə qələbə ilə başlamışdı. Həmin vaxt “Neftçi” səfərdə “Şamaxı”nı 1 qolla məğlub edib.

“Neftçi”nin ilk turda ən azı 3 qol vurması isə sonuncu dəfə 2013/14 mövsümündə qeydə alınmışdı. 13 il əvvəl paytaxt derbisində AZAL üzərində böyükhesablı ev qələbəsi əldə olunub - 4:1.

“Ağ-qaralar” startdakı səfər görüşündə 3 və ya daha çox qol vurmağı sonuncu dəfə 25 il əvvəl bacarmışdı. 2001/02 mövsümündə “Ümid”in qonağı olan “Neftçi” 4 cavabsız qolla qalib gəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31